Bədəndə qırmızı nöqtələr nəyin əlamətidir?

Davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır


“Bədənimdə  qırmızı nöqtələr əmələ gəlib, nə ola bilər?”. Bu sual sosial şəbəkə qruplarında tez-tez verilir. Belə ki, çox insanlarda qəfildən bədənin müxtəlif nahiyələrində - boyunda, çiyində, sinədə, kürəkdə qırmızı nöqtələr, xal kimi törəmələr - dərialtı hematomalar meydana çıxır. Eləsi var bundan təşvişə düşür, eləsi var önəm vermir.

Mütəxəssislər isə hesab edir ki, qırmızı nöqtələr çox və davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır. 

Endokrinoloq Nigar Əliyeva “Sherg.az”a açıqlamasında deyib ki,  qırmızı nöqtələr dəriyə vurulan zərbə, travma, zədə zamanı yarana bilər: “Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur. İlk öncə qırmızı nöqtənin ölçüsünə diqqət yetirmək lazımdır. Kapilyar hemangioma  çox kiçik olur. Kaver hemangioması isə  bir neçə iri qabarcıqdan ibarətdir, sanki içi qanla doludur. Müalicəsi isə  səbəbdən asılıdır. Əgər vitamin çatışmırsa, onu təmin edirsiz. Əgər mədəaltı vəzlə bağlıdırsa, qastroenteroloq müalicəsi almalısız. Çox mütəxəssislər artıq bədəndə yaranmış qırmızı nöqtələri yandırmaq, qopartmaq, lazerlə yox etməyin tərəfdarı deyil. Amma bir çox müasir metodlarla dermatoloqlar bu nöqtələri yox edə bilir. Ən gözəl yol isə təbii məhsullarla müalicə edib birdəfəlik qurtulmaqdır. Sizdə bu problemdən əziyyət çəkirsinizsə və birdəfəlik bu problemdən təbii yollarla qurtulmaq istəyirsinizsə, bizə müraciət edin”.