Azərbaycanda daha 3 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 637 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 23 nəfərdir.

Ölkədə son sutka ərzində 310, hazırkı dövrədək isə 7 643 211 test aparılıb.