Yayda kondisionersiz sərinlənməyin 6 yolu


Yayda istilər düşən kimi hər kəs sərinlənməyin yolunu axtarır. İyul ayının gəlişi ilə birlikdə havanın temperaturu da yüksəlib. Mütəxəssislər yaxın günlərdə havaların daha da  istiləşəcəyini açıqlayıb. Beləliklə, kondisionersiz bir mühitdə necə sərinləmək olar? Sherg.az türk mediasına istinadən yolları təqdim edir...


Ventilyator olar

Kondisionerdən daha çox enerjiyə qənaət edən ventilyator düzgün yerləşdirildikdə sərinliyə kömək edəcək. Bundan əlavə, ventilyatorun qarşısına qoyacağınız su soyuq hava yaradacaq.

Sərin geyim seçin

Sərin paltarlar və ya pambıqdan olan paltarlar geyinmək bədən istiliyinizi tarazlıqda saxlamağa kömək edəcək. Beləliklə, tərləməyəcəksiniz.

Günəşin qarşısını bağlayın

İşığa davamlı qaranlıq pərdələr də evinizin həddindən artıq istiləşməsinin qarşısını alır. Belə pərdələrdən istifadə etməklə istiliyin pəncərədən içəri daxil olmasının qarşısını ala bilərsiniz.

Su içməyi unutmayın

Xüsusilə temperaturun yüksək olduğu günlərdə bol su istehlak etmək bədən istiliyinizi tarazlıqda saxlamağa kömək edəcək.

Evin aşağı mərtəbəsində vaxt keçirin

Evlərdə isti hava həmişə yuxarı qalxır. Bu, yuxarı mərtəbənin aşağıdan daha isti olması deməkdir. Odur ki, gün ərzində vaxtınızı evin birinci mərtəbəsində keçirməyə üstünlük verin.

Corablarınızı dondurucuya atın

Siz həmçinin sərinləmək üçün corablarınızı soyuda bilərsiniz. Ayaqlarınızı sərin tutmaqla vücudunuzun qalan hissəsi də sərin olacaq.

Turan