Avtomobillərdə siqaretə qadağa  gündəmdədir

Almaniya səhiyyə naziri Karl Lauterbach, Twitter hesabından cəmiyyətdə uşaqların və hamilə qadınların daha çox qorunmasına ehtiyac olduğunu ifadə edərək, avtomobil sürərkən uşaq və hamilə qadınların olduğu zaman siqaret qadağasının tətbiq edilməsinin zəruri olduğunu ifadə edib .

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu tətbiqin daha əvvəl qüvvəyə minməsinin gərəkli olduğunu qeyd edən Lauterbach, "Siqaret səbəbindən xüsusilə kiçik uşaqlarda və hamilə qadınlarda qalıcı xəstəlik yaranır" deyə vurğulayıb. 

Digər tərəfdən Almaniya Səhiyyə Nazirliyi də uşaq və hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Layihə digər nazirliklərlə məsləhətləşdikdən sonra Nazirlər Şurasında müzakirəyə çıxarılacaq.

Əvvəllər bir çox əyalət hökumətləri qadağanın tətbiqi təşəbbüsü ilə çıxış etmiş və avtomobillərə qoyulan qadağanı pozduğuna görə 3000 avroya qədər cərimə tələb edilmişdi.

Turan