Piylərdən qurtulmaq üçün  3 qızıl qayda

Arıqlama prosesində əsas məqsəd yağ itirmək olmalıdır. Çünki piylərdən xilas olan  zaman artıq çəki ilə bağlı xəstəliklərin riski azalır və daha sağlam ola bilərik. Beləliklə, yağdan necə qurtula bilərik? 

Sherg.az "NTV com.tr"yə istinadən piylərdən qurtarmağın  3 qızıl qaydasını təqdim edir: 


 1. Bədənimizin çox hissəsi sudan ibarətdir. Bu səbəbdən hormonal funksiyalarını yerinə yetirməsi, maddələr mübadiləsinin nizamlı işləməsi və bədən istiliyinin saxlanması kimi hallarda mühüm rol oynayır. Bundan əlavə, kifayət qədər su istehlakı yağların yandırılmasını sürətləndirdiyi üçün arıqlamağa kömək edir.

2. Ağ undan hazırlanan xəmir məmulatları, hazır qəlyanaltılar, makaron, düyü, ağ çörək, kartof və şirniyyatlarda yüksək miqdarda karbohidrat var. Bu qidalar yüksək glisemik indeksə malik olduğundan, qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur və yağ ehtiyatını artırır.
Əgər yağ yandırmağa diqqət yetirirsinizsə, zərif karbohidratlardan uzaq durmalısınız. Bunun əvəzinə, tam buğdalı makaron, bulqur, çia, qarabaşaq yarması və quinoa kimi tam taxıllı, nəzarət edilən porsiyalarla qəhvəyi çörək növlərini seçə bilərsiniz.


 
3. Kafeinin kifayət qədər istehlakı bədəndəki yağların yanmasını sürətləndirəcək. Bir insanın gündə qəbul etməli olduğu kofeinin orta miqdarı 300 mq-dır. Yəni 2-3 stəkan qəhvə və 6-7 stəkan çay deməkdir.

Turan