Bal kimi sulu qarpız seçin - YOLU SADƏDİR 

Yay aylarının vazkeçilməz giləmeyvələri arasında qarpız xüsusi yer tutur. Amma heç kim xarab və dadsız qarpız yemək istəmir. Sherg.az türk mediasına istinadən  bal kimi şirəli qarpızı seçməyin yolunu təqdim edir: Bu üsulu sınasanız, pis qarpız yemək məcburiyyətində qalmayacaqsınız.
Yaxşı qarpız dadlı və şirəli olmalıdır. Qarpız seçərkən bəzi məqamlara diqqət yetirməlisiniz;

Əvvəlcə qarpızın çəkisinə baxın. Ağır olanlar daha şirəli və şirin olurlar.

İkincisi, qarpızın qabığını yoxlayın. Parlaq deyil, tutqun bir rəng axtarın. Parlaq qabıqlar  yetişməmiş qarpızları göstərir.

Üçüncüsü, qarpızın altında sarı bir ləkə axtarın. Qarpızın yetişdiyini xəbər verən  yer budur. Sarı ləkə nə qədər böyükdürsə, qarpız bir o qədər şirin olur.

Nəhayət, qarpızı yüngülcə vurun. Səs dolğun və rezonanslı olmalıdır. Bu, qarpızın möhkəm və şirəli olduğunu göstərir.

Əgər şirəli qarpızları sevirsinizsə, düz formalı qarpızları seçməlisiniz.

Şirin qarpızlara üstünlük verirsinizsə, uzun qarpız almalısınız.

Qarpızın üzərindəki çatlar və qəhvəyi ləkələr qarpızın dadını göstərir.

Turan