Qocalmanı sürətləndirən amillər

Yaşlandıqca həyatımızda qarşılaşdığımız ətraf mühit faktorları da xarici görünüşümüzə təsir edir. Bəs qocalmanı sürətləndirən amillər hansılardır? 

Sherg.az türk mediasına istinadən təfərrüatları təqdim edir...

Emosional stress

Güclü stress altında işləmək və şəxsi həyatınızda problemlərinizi həll edə bilməmək sizi təkcə emosional olaraq yormur, həm də dəri sağlamlığınıza təsir edir. Bu, yaşlanma əlamətlərinin artmasına səbəb olur.

QİDALANMA

Yüksək kalorili və insan sağlamlığı üçün zərərli qidaların qəbulu vaxtından əvvəl qocalmanı sürətləndirir.

GÜNƏŞ ŞUALARINA MƏRUZ QALMA


Günəş şüalarına müdafiəsiz məruz qalmaq üzünüzdə qırışların görünüşünü artıra bilər. Bu, dərinizin qocalmasını sürətləndirir.

İSTİFADƏ OLUNAN KOSMETİK MƏHSULLAR



 
İllərlə ağır makiyaj etmək, makiyajınızı silmədən yatmaq dəri sağlamlığınıza təsir edir. Bu, zamanla qocalmağınıza səbəb olur.

Turan