Arılar bir həftədə iki can aldı - Nə etməli?

Trabzonda pətək hazırlayan dostuna kömək etmək istəyən Ali Öztürk (34) bal arısı sancması nəticəsində infarkt keçirərək dünyasını dəyişib.

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, ötən həftə Şanlıurfada bir vətəndaş da arı sancması nəticəsində həyatını itirib.

Bəs, arı sancmasına NƏ YAXŞIDIR?

Arılara qarşı allergiyası olmayan insanlarda ciddi simptomlar yoxdursa, şişkinlik və digər reaksiyalar sadə ev müalicəsi ilə aradan qaldırıla bilər.
İlk növbədə arının iynəsini  çıxarmaq lazımdır. Dırnaqlarla qazıyaraq bunu asanlıqla edə bilərsiniz. İynənin dərhal çıxarılması iynədən çıxan toksinlərin qarşısını alacaq, beləliklə reaksiyaların şiddətlənməsi baş verməyəcək.

Sonra sancma yeri sabun və su ilə yaxşıca təmizlənməlidir. Arının sancdığı yerə buz tətbiq etmək zəhərin orqanizm tərəfindən sorulmasını azaltmaqda çox təsirlidir. Bu tətbiq şişkinliyi azaltmağa da yardım edir.

Yaxınlıqda səhiyyə müəssisəsi varsa, hər ehtimala qarşı müraciət etmək tövsiyə olunur.

Arı sancmasına baxmayaraq, evdə qəbul edilə bilən bir çox üsul var. Ancaq qeyd etmək lazımdır ki, bu üsullar yalnız ictimaiyyət arasında danışılır və elmi araşdırmalarla sübut olunmamışdır.

Arı sancmasından sonra arı allergiyasının əlamətləri allergiyanın erkən diaqnozu baxımından çox əhəmiyyətlidir. Arı sancmalarında kiçik qaşınma ola bilər. Bunlar adətən 24 saat ərzində yox olur.

Bəzən 2 gün ərzində görünən qızartı və qabarcıqlar ola bilər. Bunlar 2-7 gün ərzində yox olur.

Arı allergiyasının simptomları dərhal və ya 1-2 saatdan sonra baş verə bilər. Arı allergiyasına bağlı ölümlər ümumiyyətlə 50 yaşdan yuxarı kişilərdə daha çox olur.

Turan