Türkiyədə pişiklərdə rast gəlinən FİP xəstəliyi yayılır - İnsanlara keçə bilərmi?

Bu il Cənubi Kiprdə 300 min pişiyin ölümünə səbəb olan FİP xəstəliyinə yoluxma halları Türkiyədə də artıb. Mütəxəssislər çirklənmə sürətini azaltmaq üçün heyvanları bir yerdə saxlamamağa çağırıblar. Bəs, FİP xəstəliyi nədir, insanlara keçə bilərmi?

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Cənubi Kiprdə son 7 ayda 300 min pişiyin ölümünə səbəb olan FİP xəstəliyi Türkiyədə də yayılmaqdadır. Mütəxəssislərin fikrincə, xəstəliyin yayılmasına daha çox ətraf mühit amilləri təsir edir.


Pişiklərin bədənində olan koronavirus mutasiyaya uğrayaraq FIP-ə çevrilir. Bu, böyük ölçüdə pişiklərin ölümünə səbəb olur.

ƏLAMƏTLƏRİ NƏDİR?

FIP xəstəliyi; Pişiklərdə qızdırma, qarın boşluğunda su yığılması, sidik axıtma, iştahsızlıq, su içməmək kimi bəzi əlamətlərlə özünü göstərir.

İNSANI MÜALİCƏ EDİR?

Türkiyə Baytar Həkimlər Birliyinin prezidenti Prof. Dr. Murat Arslan, çirklənmə sürətini azaltmaq üçün heyvanların bir yerdə saxlanılmaması lazım olduğunu ifadə edərək, FIP-nin ümumi öldürücü immun xəstəliyi olduğunu vurğulayıb.

Arslan, "Ölkəmizdə heyvanların su içdiyi və birlikdə yemək yediyi nöqtələr çirklənmənin ən sıx olduğu yerlərdir" deyə vurğulayəb.

Pişiklərdən FİP-ə səbəb olan koronavirus faktorlarının insanlara keçmədiyini bildirən Arslan sözlərinə  davam edir:
 "Uşağın yerdəyişməsi, müxtəlif mühitlərdə fərqli heyvanlarla bir araya gəlməsi kimi səbəblərə görə, koronavirus faktorları mutasiyaya uğrayaraq xəstəliyə çevrilir".

Arslan qeyd edib ki, pişiklər mütəmadi olaraq baytar həkimə aparılmalıdır,  ev və küçə heyvanları üçün yemək və su qabları müxtəlif yerlərə qoyulmalıdır.

Turan