Dünyada ilk  - 19 yaşlı gəncdə demensiya aşkarlandı

Dünyada ilk - 19 yaşlı gəncdə demensiya aşkarlandı
2023.07.29 19:21110 Baxış

Çində 19 yaşlı yerli sakinə Alzheimer xəstəliyi diaqnozu qoyublar.

Sherg.az "Medicina"ya istinadən xəbər verir ki, o, dünyada bu xəstəliyə tutulan ən gənc xəstə hesab edilir.

Əvvəlcə diqqət və yaddaş problemlərindən əziyyət çəkən oğlanı həkimlər ciddi müayinə etməyib.

Məlum olub ki, xəstəliyin əlamətləri onda 17 yaşında görünməyə başlayıb.

Artıq o, qısamüddətli yaddaş itkisi qazanıb, oxumaqda və emosiyaları ifadə etməkdə çətinlik çəkib.


Onun ailə üzvlərində irsi belə bir xəstəlik olmayıb. Alimlər gənci tədqiqata alıb.