İnsult və infarkt SƏBƏBLƏRİ  -  Həkim danışır

İnfarktların 70 faizi fırtınalar zamanı baş verir
Hər kəsdə geomaqnit dalğalarına həssas mərkəzlər var


  Avqustun 1 və 2-də G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. Bu barədə  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, 29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.
  31 iyul-6 avqust iyul C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. 28 iyulda baş vermiş Tac Kütlə Atılmalarının şok dalğalarının 31 iyul - 1 avqustda Yerə çatacağı gözlənilir. 
  Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
  Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin və Tac Kütlə Atılmalarının təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.
  Həkim-terapevt Şahvələd Məmmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, insultların, hipertaniyanın və infarktların təxminən 70 faizi fırtınalar zamanı baş verir. Orqanizm instinktiv olaraq maqnit sahəsinin dalğalanmalarını həyat üçün təhlükə kimi qəbul edir, bu da təzyiqin artmasına və digər simptomlara səbəb olur: 
“Hər kəsdə geomaqnit dalğalarına həssas mərkəzlər var. Biri böyrəküstü vəzdir, digəri isə baş-beyində yerləşir. Geomaqnit qasırğaları dövründə həmin reseptorlar oyanır, kimi əsəbiləşir, kimdəsə kardioloji problem meydana çıxır, bronxial astma sindromu olanlarda boğulma baş verir və s. Hətta immun sistemində də dəyişikliklər əmələ gəlir. Daha çox baş ağrısı, başgicəllənmə,  təngnəfəslik, yorğunluq və  sümüklərdə ağrı hiss olunur. Onu da deyim ki,  maqnit fırtınaları  zamanı texniki avadanlıqlarla işləmə vaxtını azaltmaq lazımdır.  Geomaqnit qasırğasına həssas olanları həkimlər “meteoroloqlar” adlandırırlar, yəni onlar hava dəyişkənliyini qabaqcadan hiss edirlər. Kəskin revmatik qızdırması olanlar oynaq ağrılarından, arterial hipertoniyası olanlar təzyiqin yüksəlməsi, stenokardiyası olanlar isə tutmadan şikayətlənirlər. Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür. İqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar”.