Elcan başqa xəstəxanaya yerləşdirildi

Bir neçə gün əvvəl aparıcı-aktyor Elcan Rəsulov ödündən əməliyyat olunub.


Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, təcili tibbi yardım maşınından yeni görüntüsünü paylaşan aktyor başqa xəstəxanaya aparıldığını bildirib:

"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq varmış".


Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.