Politoloq: Dünyanın fərqli bölgələrində USAİD və onun şeytan yuvaları ilə bağlı reallıqlar məlumdur
13:34 04.02.2025
Siyasət
650
ABŞ Prezidenti Donald Trampın administrasiyası, milyarder Elon Maskın dəstəyi ilə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etmək üçün addımlar atır. Bu təşəbbüs Demokrat qanunvericilərin ciddi etirazına səbəb olub və onlar bu qərarı qanunsuz, konstitusiyaya zidd hesab edirlər. USAID-in ləğvi prosesi çərçivəsində agentliyin fəaliyyəti dayandırılıb, büdcəsi azaldılıb və əməkdaşların ixtisarına başlanılıb. Elon Mask USAID-i sərt tənqid edərək, agentliyi “qurd yuvası” adlandırıb və onun bağlanmasını təklif edib.
O, həmçinin USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Bu açıqlamalar beynəlxalq ictimaiyyətin və humanitar təşkilatların narahatlığına səbəb olub. Bu hadisələr fonunda USAID-in veb saytı fəaliyyətini dayandırıb və agentliyin Vaşinqtondakı qərargahına əməkdaşların girişinə məhdudiyyətlər qoyulub. Bu tədbirlər agentliyin fəaliyyətinin tamamilə dayandırılmasına doğru atılan addımlar kimi qiymətləndirilir. USAID-in fəaliyyəti ilə bağlı tənqidlər arasında onun bəzi hallarda müəyyən siyasi maraqlara xidmət etməsi və bəzi ölkələrdə daxili işlərə müdaxilə etməsi iddiaları da var. Bu xüsusilə Azərbaycan kimi ölkələrdə agentliyin fəaliyyətinə qarşı mənfi münasibətə səbəb olub.
Politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, USAİD-in fəaliyyətinin dayandırılması ilə bağlı qərar ciddi müzakirələrə səbəb olub:
“Demək olar ki, ABŞ-də də, dünyanın fərqli bölgələrində də bu qərar ilə bağlı ortaq mövqe nümayiş etdirilir. Bu şeytan yuvası və ya Trampın ifadə etdiyi kimi “radikal dəlilər” uzun illərdir ki, fəaliyyət göstərdikləri bütün bölgələrdə sabitliyə və inkişafa ciddi təhdidlər formalaşdırıb. Dövlətlərin daxili işlərinə qarışaraq cəmiyyətlərdə ayrı-seçkiliyi təşviq etməklə məşğul olan USAİD-in maliyyə “dəstəyi” ilə fəaliyyət göstərən media qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri hər zaman dövlət təhlükəsizliyini hədəf alan ideoloji təbliğatın icraçısı olublar. Onların “Amerikanın səsi” və ya “Azadlıq radiosu” kimi Azərbaycanda şəbəkələşmiş əlaltılarının fəaliyyəti hərkəsə məlumdur”.
Ekspert qeyd edib ki, tarixi zəfərimizi və dövlət başçımızın uğurlu və uzaqgörən diplomatik addımlarını həzm edə bilməyən bu çirkin şəbəkə illərdir anti-Azərbaycan kampaniyasını aparmağa çalışır:
“Amma artıq hərkəs kimin hansı “məqsədlərə” xidmət etdiyini çox yaxşı bilir və onların bütün fəaliyyəti ifşa olunub. Eləcə də, Gürcüstanda, Ukraynada və ya dünyanın fərqli bölgələrində USAİD və onun şeytan yuvaları ilə bağlı reallıqlar məlumdur. Ona görə də, ilk addım olaraq USAİD-in rəsmi internet səhifəsinin bağlanması və işçilərinin əksəriyyətinin məzuniyyəyə göndərilməsi bu qurumun bütövlükdə fəaliyyətinə son qoyulması ilə bağlı gözləntilərin çox yaxın olduğunu deməyə əsas verir. ABŞ Dövlət Departamentinin mövzu ilə bağlı paylaşdığı yazılı bəyanatda da ifadə edildiyi kimi bu qurum ilk yaranma məqsədindən çox uzaqlaşıb və artıq Amerikanın nüfuzuna da mənfi təsir edərək böyük yükə çevrilib. Nəticə etibarilə, bu qərar gözlənilən idi. Hətta cənab Prezident Trampın qərarından qısa müddət öncə belə bir addımın onun tərəfindən atıla biləcəyinin mesajını vermiş və USAİD-in dövlətimiz əleyhinə fəaliyyətini ifşa edən bəzi məqamları konkret olaraq ifadə etmişdi”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm