Düşmənin "Toçka-U" həmləsi – “Cenevrə Konvensiyasına ziddir” - VİDEO


“Hərbi obyektlərin mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirilməsi beynəlxalq hüququn pozulması deməkdir”

“Cenevrə Konvensiyasının tələblərinə görə onlar hüquqi məsuliyyət daşıyırlar" 


44 günlük Vətən müharibəsi ərəfəsində müzəffər Ordumuz düşmənə döyüş meydanında sarsıdıcı zərbələr vurdu. Bunun “intiqamını” mülki əhalidən çıxan Ermənistan ordusu ayrı-ayrı rayon və şəhərlərimizi kasetli silahlar, "Toçka-U" və "Smerç" kimi raketlərdən hədəfə alırdılar.

Düşmən atışların çoxunu Ermənistan ərazisindən, xüsusən də yaşayış məskənləri yaxınlığından həyata keçirirdilər. Bununla da erməni faşistləri sivil insanları öldürməklə bərabər qüvvələr nisbətini də pozub KTMT ölkəsi kimi Rusiyanı da müharibəyə cəlb etmək istəyirdilər. 
Təbii ki, Azərbaycan ordusu düşmənin bu hiyləsinə uymurdu və onların layiqli cavabını döyüş meydanında verirdi. 
Ermənistan Azərbaycanın əks-tədbir görüb həmin ərazini vuracağı halda "Azərbaycan bizim mülki şəxsləri, döyüş getməyən əraziləri-Ermənistan ərazisini hədəfə alır" deyə aləmə car çəkəcəyi gün kimi aydın idi.



Göstərilən videoda da erməni hərbçiləri "Toçka-U" raket sistemindən istifadə edib mülki şəxslərimizi həfədə alır. Üstəlik də bu atışlar özlərinin yaşayış məskənlərinin yaxınlığından həayata keçilir. 

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli ermənilərin sözügedən əməlləri ilə bağlı "Sherg.az"a öz fikirlərini bildirib:

"Müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının tələblərinə görə, münaqişə tərəfləri hərbi obyektləri mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirməkdən çəkinməlidirlər. Konvensiyada bu prinsip münaqişə tərəflərinin qarşısında vəzifə kimi qoyulur.

Keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, münaqişə tərəflərinin hərbi obyektləri mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirməsi adi hüquq norması kimi qiymətləndirilməlidir. Yəni bu prinsip təkcə müharibə dövründə deyil, bütün dövrlərdə əsas götürülməlidir.

Bu isə o deməkdir ki, konvensiyaya qoşulan bütün dövlətlər istər sülh, istərsə də müharibə dövründə hərbi obyektlərin mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirilməsinə görə hüquqi məsuliyyət daşıyırlar. Bu normaya əməl etməyən dövlətlər isə Konvensiyanın tələblərini və beynəlxalq humanitar hüququn prinsiplərini pozmuş sayılırlar. 

Bu baxımdan, Ermənistan hərbi obyektləri, o cümlədən zenit-raket komplekslərini, hava hücumundan müdafiə sistemlərini və s. mülki əhalinin sıx yaşadığı ərazilərdə yerləşdirdiyinə görə, məsuliyyət daşıyır və işğalçı ölkəyə qarşı hüquqi prosedurların həyata keçirilməsi prosesində bu məqamın da nəzərə alınacağı qənaətindəyəm. 

Qeyd edim ki, haqqında söz açdığım normaya əməl edilməsi istər beynəlxalq, istərsə də daxili münaqişələr zamanı vacib hesab olunur. Bu səbəbdən də, həm işğalçı Ermənistan silahlı qüvvələri, həm də Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimin de-fakto vəzifəli şəxsləri müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının tələblərinə görə hüquqi məsuliyyət daşıyırlar". 

Ağarza Elçinoğlu