İran Prezidenti: “Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir”

“Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.  
İran Prezidentinin sözlərinə görə, Azərbaycanla müştərək layihələrin icrası baxımından, o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün uyğun şərait mövcuddur.
“İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”, - deyə H. Ruhani vurğulayıb.