“Ermənistan azərbaycanlıların girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”


“Azərbaycan hökuməti Birinci Qarabağ Müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda deyib. 

O bildirib ki, Ermənistanın aqressiyası nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. 

“Ermənistan təcavüz nəticəsində azərbaycanlıların əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”,- deyə o əlavə edib.