İradə ortaya qoyuldu: “Qondarma rejim ləğv olundu”

Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxış edərkən bir sıara mühüm məqamlara toxunub. Ölkə başçısı bildirib ki, Şuşanın bərpası ilə bağlı ilk səfərim çərçivəsində bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görü r. “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdur və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi", - Prezident İlham Əliyev əlavə edib”.

 AY partiya sədri Anar Əsədli bu barədə “Sherg.az”a danışdı:

“Dövlət başçısı əvvəlki çıxışlarında, müsahibələrində bunu dəfələrlə deyib. Əslində prezident illərdir söyləyirdi ki, işğal nəticəsində torpaqların geri qaytarılması ilə bağlı məcburi danışıqlar olurdu. Dövlət başçsının vurğuladığı kimi, bizə müəyyən məsələləri, o cümlədən statusu qəbul etdirməyə çalışırdılar. Amma razı olmadıq. Xalq iradəsini ortaya qoydu. Nəticədə Azərbaycan əsgərinin gücü ilə Qarabağdakı qondarma rejim ləğv olundu”.