Üçtərəfli görüş:“Moskva regiondakı vəziyyəti nəzarətdə saxlamaq istəyir”

Bu gün Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb. Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.

Üçtərəfli görüş barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov hesab edir ki, Moskva birtərəfli olaraq Cənubi Qafqazda sülhün yaradılmasında maraqlı olan dövlətlərdən deyil:

“Şimal qonşumuz eyni zamanda keçmiş SSRİ dövründən qalma dini komitələrlə birgə regionda sülhü bərpa etmək və sülhün təmininə töhfə verməyi düşünmür. 

Çox güman ki, Moskva hətta dini liderlərin vasitəsilə regiondakı vəziyyəti nəzarətdə saxlamaq istəyir. Sözügedən görüşün keçirilməsində də məqsəd bundan ibarətdir. 

Görüşün bölgədə Azərbaycanın maraqlarına uyğun faydalı bir nəticələr verəcəyinə inanmıram”.