Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Suriyadakı son durumu, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.