Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

Ukrayna, Gürcüstan və Moldova XİN rəhbərləri Dmitri Kuleba, David Zalkaliani və Niku Popesku Brüsseldə “Şərq tərəfdaşlığı” təşəbbüsünü yeniləmək barədə çağırış ediblər.

Nazirlər bu proqramı avrointeqrasiya üçün real alətə çevirməyi təklif ediblər.

Onlar bildiriblər ki, inteqrasiyanın tezləşdirilməsi həm “Assosiativ üçlük” ölkələri, həm də bütövlükdə Avropa İttifaqının təhlükəsizliyini artıracaq.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Aİ və altı ölkə - Azərbaycan, Ermənistan Gürcüstan, Belarus, Moldova və Ukraynanın birgə təşəbbüsüdür.

Bu ilin iyun ayında Belarus proqramı tərk etdiyini açıqlayıb. Bundan bir qədər öncə isə mayın 17-də Kiyevdə Ukrayna, Gürcüstan və Moldova arasında “Assosiativ üçlük” yaradılması barədə saziş imzalanıb.

Mənbə: TASS