"Ermənistanın Azərbaycanla anlaşmadan başqa yolu yoxdur"  - Ekspert


"Ermənistanın Azərbaycanla anlaşmadan başqa yolu yoxdur". 
"Sherg.az" xəbər verir ki, bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov bildirib. 
O qeyd edib ki, hazırda Ermənistan hazırda özünü cığal uşaq, ərköyün kimi aparır: 
"Ermənistanda mövcud olan revanşist qüvvələr erməniləri uçuruma aparmaq istəyirlər. Onlar bir şeyi nəzərdən qaçırırlar ki, bu yol onlara faciələr, Ermənistanın tamamilə məhv olmalarına səbəb gətirib çıxara bilər. 16 noyabr sərhəddə baş verənlər göstərdi ki, Ermənistan hələ ağıllanmayıb. Terror əməlindən çəkinmək istəmir. Bu gün uduzan tərəf Ermənsitandır. Regionda baş verə biləcək lokal toqquşmaların əsas məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Bu isə, Ermənistanın bir dövlət olaraq iflasa uğramasına gətirib çıxa bilər”.