ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhəddə görüşlər keçirib

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycanla sərhədə yollanıb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində məlumat yayıb.
Səfirliyin məlumatında qeyd olunub ki, amerikalı diplomat Zəngəzur vilayətinin qubernatoru ilə görüşüb.
Səfir qubernatorla bu ayın ortalarında baş verən gərginliyi müzakirə edib.