Xarici diplomatlar Gəncədə raket düşən ərazidə olublar – YENİLƏNİB + FOTO


Gəncəyə səfər edən xarici diplomatlar şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, qonaqlar abidə önünə gül dəstələri qoyublar.

Daha sonra diplomatlar erməni terroru nəticəsində dağılan ərazidə olub, Qələbə parkını ziyarət ediblər. Diplomatlar Ermənistan tərəfindən törədilən hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.

12:42

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.

Anım tədbirinə diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qatılacaqlar.