"Makron son fikirləri və tutduğu mövqe ilə Brüssel formatını zədələdi"

"Fransa prezidenti Emmanuel Makron məharətlə Rusiyanın Cənubi Qafqazda itirilmiş "əşyalarını" tapmasına yardım etdi".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, Fransanın özünü Avropa İttifaqı formatında keçirilən görüşlərə pərçimləməsi də Moskvanın maraqları üçün əldən-ayaqdan getməyin nəticəsi idi: 

"Avropa İttifaqı Rusiya-ABŞ qarşıdurmasının Azərbaycan-Ermənistan münasibətlərinə sıçramaması üçün tarazlayıcı vasitəçilik missiyasını həyata keçirirdi. ABŞ da, Rusiya da çalışırdı ki, Avropa İttifaqını özlərinin çətiri altındakı ideyalarla Bakı-İrəvan münasibətlərində tənzimləyici rola mindirsin. Açığı, Avropa İttifaqı çox böyük ustalıqla işin öhdəsindən gəlirdi. Ancaq Makron son fikirləri və tutduğu mövqe ilə Brüssel formatını da zədələdi".