"Fransanın səyləri nəticəsində ATƏT regiona göndərilir" -  Rəsmi Parisdən ciddi təxribat!

"Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqının ardınca ATƏT də regiona göndərilir".

"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Zaur Məmmədov deyib. 

Ekspert bildirib ki, Fransa prezidenti E.Makron və Paşinyan arasındakı gizli plana əsasən Paris mülki missiya adı altında ciddi təxribatla məşğuldur: 

"Məqsəd Azərbaycan və Ermənistan sərhəddində təxribat törədərək hadisəni ordumuzun üzərinə atmaq və nəticə kimi anti - Azərbaycan qətnaməsini qəbul etməkdir. Paşinyan Makrondan Ermənistanın sərhədlərini qorumağı xahiş edib. Rəsmi Paris nəyin bahasına olur-olsun sərhəddə dayanaraq Qarabağ - Qərbi Zəngəzur güzgü effektini sığortalamaq istəyir. İranın Qərbin xüsusi missiyasının sərhədlərinin o tayına gəlişi fonunda susmasının da əsl səbəbi məhz  Fransa-İran cütlüyünün "sərhədlər dəyişilməzdir"lə bağlı Paşinyana dəstək verməsi ilə izah olunmalıdır. Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır və öhdəliklərini yerinə yetirməməsi üçün arxasında dayanırlar. Bu fonda, Paşinyan-Makron və onların yanında olan bəzi dövlətlərdəki qrupların planında zərər görən tərəf Ermənistan olacaq. Azərbaycana isə, sülh müqaviləsi və Qarabağdan silahlıların çıxarılması lazımdır. Yaxın vaxtlarda hər iki mövzuda məsələ lehimizə həll olunacaq".