Putin mayın 9-da müharibənin bitdiyini elan edəcək - KİV

Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma keçib. Rusiya hərbçiləri bəzi mövqeləri tərk edib.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski bildirib.
"Rusiya tərəfi "Vaqner" və digər özəl hərbi qruplaşmaların yeni döyüşçülərini, desantçıları döyüşlərə cəlb edib. Vəziyyət mürəkkəbdir. Lakin Rusiya qüvvələri şəhəri tuta bilmir", - Sırski deyib.
Bu arada bəzi KİV-lər yazır ki, ruslar mayın 9-dan əvvəl Baxmutu ələ keçirmək istəyir. Qeyd olunur ki, Putin mayın 9-da müharibənin bitdiyini və “Xüsusi Döyüş Əməliyyatı"nın bütün məqsədlərinə nail olunduğunu" bəyan edəcək.