Ceyhun Bayramovla Antoni Blinkenin görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Bildirilir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş keçirilir.
13:26
ABŞ Dövlət katibi Antoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.
Bundan əvvəl A.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.