İrəvan yenə qaynayır: mitinqdə polislə toqquşma - VİDEO

Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin valideynləri ilə polis arasında toqquşma baş verib.
Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, hadisə valideynlərin İrəvanda keçirdiyi aksiya zamanı yaşanıb.
Məlumata görə, aksiyaçıların bir qismi saxlanılıb. Saxlanılan şəxslərdən birinin 44 günlük müharibə zamanı məhv edilən terrorçulardan birinin qohumu olduğu bildirilir. Polis onun üzərində bıçaq tapıb.
Qeyd edək ki, həlak olan erməni hərbçilərin valideynləri həbs olunan Qayane Akopyana dəstək məqsədilər aksiyaya toplaşıblar.
Xatırladaq ki, Q.Akopyan Paşinyanın oğlunu qaçırmaqda ittiham olunur.