Moskvada üçtərəfli görüş başa çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub.

14:21

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evinə gəliblər.