Özdağ Sinan Oğanın qərarına reaksiya verdi

Zəfər Partiyasının sədri Ümit Özdağ ATA İttifaqının prezident seçkilərində namizədi Sinan Oğanın qərarına münasibət bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
O, qərarın sadəcə Sinan Oğana aid olduğunu, ATA İttifaqının ortaq qərarı olmadığını bildirib.
"Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu açıqlama Zəfər Partiyasını təmsil etmir. Zəfər Partiyası adından açıqlamanı sabah saat 11-də mən edəcəyəm”.
Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqladı.