“Millət İttifaqı” lazımi uğuru əldə edə bilmədi” - Oğan

“Millət İttifaqı” lazımi uğuru əldə edə bilmədi”.
Bakupost.az xəbər verir ki, bunu “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib.
“Millət İttifaqı” bizi gələcəklə bağlı inandıracaq perspektiv təklif edə bilməzdi. O, 20 ildir, hakimiyyətdə olan “Cümhur İttifaqı”na qarşı kifayət qədər uğur göstərə bilmədi. Ən əsası parlament çoxluğunu təmin edə bilmədi, sabitliyi əldən verdi”, - deyə Oğan bildirib.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.