Ermənilərin ümidləri puça çıxır - RƏY

Avropa da artıq görür ki, haqsız olan separatçıların tərəfini saxlasa nüfuzunu itirəcək

  Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycana qarşı erməni yalanını ifşa etməsi bu ölkədə hiddət yaradıb. Erməni mətbuatı Aİ missiyasını Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandırmağa başlayıb. Qurumun ali komissarının sözçüsü Peter Stano bundan əvvəl bildirib ki, birliyin Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində müşahidə zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib. AB erməni yalanını rəsmən ifşa edib. Missiyanın Brüsseli "dürüst məlumatlandırmamasından" qeyzlənən erməni nəşrlərindən biri “Hraparak” yazıb ki, AB-nin Ermənistandakı müşahidə qrupunun “bu biabırçı davranışı” erməni cəmiyyəti üçün “soyuq duş” oldu. “Hraparak” avropalıları “fahişə”, rusları isə “xəyanətkar” adlandırıb. Erməni nəşri açıq şəkildə etiraf edir ki, missiyaya Azərbaycana qarşı “sipər” kimi baxsalar da, bu, özünü doğrultmayıb.
  Siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan öz-özünü ifşa etməkdə davam edir, yalan ayaq tutsa da yerimir: Ekspertin qənaətincə, faktiki olaraq erməni revanşistləri təxribat yaradaraq vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər, ancaq bu, mümkün olmayacaq:

"Avropa da artıq görür ki, haqsız olan separatçıların tərəfini saxlasa nüfuzunu itirəcək. Ermənilərin ümidləri puça çıxır və ona görə də Rusiyanı, Qərbi təqsirləndirirlər, hətta təhqir edirlər. Ermənilər, revanşistlər, separatçılar hər zaman məğlub olacaqlar. Azərbaycanın haqlı və güclü mövqeyi, apardığı səmərəli siyasət qarşısında beynəlxalq təşkilatlarda belə ermənilər ifşa olunmaqdan qaça bilmirlər. İllərdir Azərbaycana qarşı apardıqları mənfur siyasətin acı nəticələrini indi dadırlar. Qərb vaxtilə onlara dəstək verib, ən azı onların işğalına seyrçi qalıb. Ancaq indi görür ki, bu haqsız mövqedir və ermənilərin açıq-aşkar yalanlarını müdafiə etmək onların özlərini pis duruma sala bilər".
  Analitik vurğulayıb ki, ermənilər bundan nəticə çıxarmalıdırlar ki, onun-bunun aləti olmağın axırı budur: "Müşahidə qrupu ermənilərin nə dərəcədə böhtançı və yalançı olduğunu bir daha gözü ilə görüb. Onların diri yalanlarını ifşa edib. Yəni, görünür, Qərb də artıq bu prosesin həllinə doğru arzulara qoşulmaq istəyir və Azərbaycanın haqlı olduğunu qəbul edir. Azərbaycan onlara vaxtında dedi ki, gəlin separatçıları, silahlıları çıxarın Qarabağdan, məsələ həll olunsun. Ancaq ağalarına ümid edib əksinə təxribata və revanşizmə meyl etdilər. Bundan belə nə qədər vaxtında anlamasalar, Azərbaycanın tələblərini yerinə yetirməsələr, öz ziyanlarına olacaq. Rusiya və Qərb ölkələri də onların fırıldaqlarına inanmır. Getdikcə qalib və haqlı Azərbaycanın tərəfində durub, məğlub və haqsız Ermənistanın yanından uzaqlaşacaqlar".