Aİ Ermənistanda müşahidə missiyasını genişləndirir - PƏRDƏARXASI

Plan gün kimi aydındır


  "Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirməyi planlaşdırır". Bu barədə şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Aİ bu addımı “Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdidə cavab” olaraq atdıqlarını bəyan edir:

 "Avropa İttifaqının hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmləndirməkdir. Lakin səbəb kimi Rusiyanı göstərməklə Moskvanın İrəvana təzyiqinə zəmin yaratmaq istəməyən Brüssel bu gedişini Azərbaycana qarşı ittihamla “legitimləşdirməyə” çalışır. Digər, xüsusilə cari plana hesablanmış səbəb isə Bakının Fransanın rəhbərlik etdiyi və erməni maraqlarının müdafiə olunduğu Qərb masasına gətirmək, sülh danışıqlarını gündəmdə olan regional platformadan çıxarmaqdır. Azərbaycana qarşı “işğalçı” ittihamları üzərindən Bakıya təzyiq etməyə çalışırlar. Amerika dövlət katibi A.Blinkenin adından ABŞ mediasında Azərbaycana qarşı irəli sürülən ittihamlarla Aİ-nin müşahidə missiyasını genişləndirmək planını birləşdirən nöqtə də budur".