Fidan: "Fələstinlilərə dəstək nümayişlərinin qarşısının alınması ikili standartdır"

Avropa İttifaqı (Aİ) ölkələrində fələstinlilərə dəstək nümayişlərinin qarşısının alınması ikili standartdır.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd edilib ki, “ifadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə etiraz etmək istəyənlərin də qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır”.

H.Fidan, həmçinin Aİ-nin genişlənməsi məsələsinə də toxunaraq, “Aİ qlobal oyunçu olmaq istəyirsə, genişlənməni geostrateji məsələ kimi qəbul etməlidir” deyə vurğulayıb.