İranın XİN başçısı HAMAS rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fələstinin HAMAS radikal hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

APA-nın xəbərinə görə, bu barədə İran XİN rəhbərinin X sosial şəbəkəsində paylaşım edib.

Tərəflər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.

“Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında İordan çayının qərb sahilindəki son hadisələri müzakirə etdik”, -deyə bildirilib.