Kreml Priqojinin oğlunun “Vaqner”ə rəhbərlik edəcəyi xəbərinə münasibət bildirib

Kreml "Vaqner" qrupuna Yevgeni Priqojinin oğlu Pavelin başçılıq edə biləcəyindən xəbərsizdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, bizə ünvanlanası sual deyil. Bu, bizim mövzumuz deyil və mənim bununla bağlı heç bir məlumatım yoxdur", - Kremlin sözçüsü Priqojinin oğlunun "Vaqner"ə rəhbərlik edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.