Zelenski prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir

Ukrayna Prezidenti Vladimir Zelenski gələn ilin yazında ölkədə prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Birləşmiş Ərəb Əmirliklərində keçirilən Ümumdünya Siyasət Konfransında onlayn çıxışı zamanı Ukraynanın yazda prezident seçkiləri keçirib-keçirməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.
O bildirib ki, baxmayaraq Rusiya ilə müharibə zamanı azad və ədalətli səsvermənin necə təşkil ediləcəyi ilə bağlı böyük narahatlıqlar var, ancaq Ukrayna Prezidenti Vladimir Zelenski 2024-cü ilin yazında prezident seçkilərinin keçirilməsinin müsbət və mənfi tərəflərinin qiymətləndirir.
"Biz bu səhifəni bağlamırıq. Ukrayna Prezidenti müxtəlif müsbət və mənfi cəhətləri nəzərdən keçirir və bu məsələni ölçüb-biçir", - Dmitri Kuleba deyib.
O əlavə edib ki, seçkilərin keçirilməsi təhlükəsizlik riskləri ilə bağlı problemlər yaradacaq. Nazir həmçinin yüz minlərlə hərbçinin, xaricdəki milyonlarla ukraynalının və Rusiyanın işğalı altında yaşayanların səsvermə hüququnun necə təmin olunacağının çətinliklərinə işarə edib.
Xatırladaq ki, Ukraynada parlament seçkiləri oktyabrda, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməli idi, lakin 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra seçkilərin də qadağan edildiyi hərbi vəziyyət elan edilib.