Analitik: İlham Əliyevin müsahibəsi beynəlxalq miqyasda böyük rezonans yaradıb

İlham Əliyevə təşəkkür edirəm ki, reallıqdan danışıb, Paşinyan və onun xuntasının xalqı çaşdırmağa davam etməsinə imkan vermədi. 
Bunu erməni bloger Vahe Ağacanyan Feysbuk səhifəsində yazıb.
“İlham Əliyevin müsahibəsi, tezisləri, mesajları bir məqamı aydınlaşdırır. Paşinyan tamamilə iflasa uğradı, onun gündəliyi rədd edildi, elan etdiyi bütün qırmızı xətlər pozuldu. Buna görə də Nikolun istefası və onun qazana bilməyəcəyi növbədənkənar seçkinin keçirilməsi zəruridir. Paşinyan səmimi şəkildə gündəliyinin iflasa uğradığını bəyan etməli, üzr istəməli və getməlidir. Biz müharibəyə hazır deyilik və uzun müddətə də hazır olmayacağıq. Ölkəni ətçəkən maşına məhkum etmək yolverilməzdir. Əgər məni satqın adlandırıb buna görə qınamaq istəyirlərsə, qoy etsinlər. Ancaq ölkəni çıxmayacağı yeni fəlakətə sürükləməyin. Dürüst, açıq şəkildə çıxın, uğursuzluğunuz üçün üzr istəyin və heç olmasa əlimizdə qalanı saxlamağa imkan verin”, - o bildirib.
Vahe Ağacanyanın timsalında artıq bu erməni ictimaiyyətində Paşinyanı günahlandırıb, gerçəkləri çatdırdığı üçün İlham Əliyevə təşəkkür edilən çoxsaylı çıxışlardan biridir. Onlar, Paşinyanın istefasını istəyirlər.

 Bu fikirlərin  Paşinyanın gələcək talehinə necə təsir göstərəcəyi ilə bağlı proqunozlarını “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov  İlham Əliyevin yerli televizya kanallarına müsahibəsinin həm ölkə ictimaiyyəti arasında, həm də beynəlxalq miqyasda böyük rezonans yaratdığını söyləyib: 
“Cənab Prezident bölgədəki yeni reallıqları, sülh prosesini və gələcək perspektivləri müəyyənləşdirən bir sıra məqamlara toxunub. Erməni mediasına baxdıqda reaksiyalardan müsahibənin orada da kifayət qədər maraqla izlənildiyini görürük. Bir sıra erməni politoloqlar, siyasi şərhçilər həm İlham Əliyevə gerçəkləri çatdırdığı üçün təşəkkür edir həm də Nikol Paşinyanın istefasını tələb edir”.

 İ. Hüseynov Nikol Paşinyanın Ermənistanın daxili gündəliyində olan problemlərdən məsul şəxs olmasını xatırladıb:
“O, İkinci Qarabağ müharibəsində məğlub olsa da, hakimiyyətdə qalmağı bacarıb. Erməni xalqı yeni dövr üçün ona şans verdi. Bu zaman kəsiyində sülhün yaranması, təhlükəsizlik sisteminin formalaşması, komnukasiya xəttlərinin qurulması üçün Nikol Paşinyanın yaxşı fürsəti var idi. Hələ də sözügedən fürsətlər qalmaqdadır. Amma təssüflər olsun ki, Nikol Paşinyan reallıqları görə və qəbul edə bilmir. Ayrı-ayrı siyasigücləri regiona dəvət edir, vaxtı uzatmağa çalışır və atdığı imzadan boyun qaçırır. Bu kimi hərəkətlər heç bir ciddi siyasətçiyə yaraşmır. Ona görədə daxildə bu cür narazılıqlar güclənməkdədir. Digər bir məqam isə Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyən şəxslər Ermənistanın güclənməsinin  əlehinə olan, revanşizmi dəstəkləyən siyasətçilərdir. Onlar yalnışı düzəltmək əvəzinə daha da böyük yalnışlara meyil edirlər”.