Politoloq: Sülh imzalanmasa Ermənistan ağır məğlubiyyətə düçar olacaq

Nikol Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamaq təklifinin reallaşması, hesab edirəm ki, bu, mümkün deyil.
 Bu sözləri erməni akademik Ruben Safrastyan deyib.
O bildirib ki, sadə bir həqiqəti başa düşməliyik - güc və zəiflik:
“Azərbaycan güclü, Ermənistan zəif tərəfdir. Bu reallıqdır. Bu yaxınlarda mötəbər mərkəzlərdən birinin müxtəlif ölkələrin silahlı qüvvələrinin reytinqi ilə bağlı təhlilləri dərc olunub. Bu reytinqdə 145 ölkə arasında Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdədir. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycandan 2 dəfə geri qalır və bu, 2024-cü ilin məlumatıdır. Bu reallıqdır. Buna əsaslanaraq, ilk növbədə böyük müharibədən qaçmaq lazımdır. Çünki vəziyyət düşündüyümüzdən də mürəkkəbdir”, - o bildirib

Ruben Safrastyanın sözlərini "Sherg.az" üçün dəyərləndirən politoloq Elçin Xalidbəyli söyləyib ki, Paşinyan hakimiyyəti mövcud reallıqları çox yaxşı bilir:
"Baş Nazir və onun yaxın ətrafında dəqiqliklə bilirlər ki, Ermənistan ordusu bu gün hansısa hərbi əməliyyatları aparmaq gücündə deyil. İstənilən silahlı toqquşma, qarşıdurma vəziyyətində Ermənistanı indiyə qədər olan məğlubiyyətlərdən daha ağır fəlakət gözləyir və onlar məğlubiyyətə məhkumdur. Ancaq rəsmi İrəvanın himayədarları olan bəzi qüvvələr Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı çıxırlar. Onlar açıq şəkildə bunu bildirməsələr də  Paşinyan hakimiyyəti üzərindən sülh sazişinin bağlanmasını hələ ki əngəlləməyi bacarırlar:

E. Xalidbəyli bu yaxınlarda  Ermənistan Parlamentinin spikeri Alen Simonyanında açıqlamasında Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı müzakirələri ikitərəfli birbaşa təmaslarla aparmalarının daha doğru olduğunu söylədiyini xatırladıb:
"Çünki vasitəçilik edən tərəflərin öz maraqları var. Həmin maraqlar həm Azərbaycana, həm də Ermənistana təzyiq mexanizmlərinin qorunmasına şərait yaradır. Ermənistanda mövcud vəziyyəti tam dəqiqliyi ilə bilirlər. Hazırda sülh müqaviləsinin imzalanmasının Azərbaycandan daha çox  Ermənistana lazım olduğu hər kəsə gün kimi aydındır. Sülh müqaviləsi nəticəsində Ermənistan nəqliyyat komnukasiya xəttlərinin açılması ilə blokadadan çıxmaqla inkişaf imkanları əldə edəcək. Ancaq Paşinyan hakimiyyəti Qərbin Ermənistandakı siyasi məhsulu olduğu üçün sülh sazişini imzalamağa cəsarət etmir. Çünki ABŞ, Fransa kimi rəsmi İrəvanın beynəlxalq himayədarları iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər. Bu səbəbdən də proses ləngiyir. Amma istənilən halda Ermənistan əvvəl-axır buna məcbur qalacaq".