Zahid Oruc: Sovet dövründə yaşamış adamların "bizim ayağımıza gəldilər, saydılar" deyə rəyləri var

2024- cü il Fevral ayının 7 sində keçiriləcək Prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat işləri davam etməkdədir. 

Yanvarın 15- dən etibarən başlayan təbliğat işləri barədə "Sherg.az"a danışan prezdentliyə namizəd, millət vəkili Zahid Oruc bildirib ki, son 50 ilin seçki prosesi ilə müqayisədə hazırda namizədlərin vətəndaşlarla ünsiyyət platformalarında,  PR üsullarında, komandalarının seçdiyi taktikalarda böyük bir tərəqinin baş verdiyini görürük:
 "Son 10 ildir rəqəmsal sistem cəmiyyət həyatına o cür nüfuz edib ki, indi artıq seçkilərin talehinin suni intelekt texnologiyalarından aslı olduğu rəyi meydana çıxıb. Bu adi yanaşma deyil və həqiqətən də effektiv nümunələri mövcuddur. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələrində namizədlər ilk növbədə daha əlçatan sosial şəbəkələr, saytlar, televizya kanalları və s. kimi kamnukasiya vasitələrini akiv istifadə edirlər".

Z.Oruc  namizəd kimi qarşına  qoyduğu məqsədin millətə 30 il bundan öncəki gündəliklə  hazırki gündəliyin dəyişdiyi mesajını vermək olduğunu vurğulayıb:
 "Azərbaycanın indiki dövrü qələbə ilə xarakterizə olunur deyə hamılıqla bu prosesə qatqımız olmasına çalışmalıyıq.  Bizim televizya və müxtəlif internet resurslarından istifadəyə dair planlarımız mövcuddur. Ancaq şübhəsiz ki, vətəndaşlarla mütəmadi əyani görüşlərin keçirilməsidə nəzərdə tutulub. Fevral ayının 5-nə kimi bu istiqamətdə fəaliyyətlərimiz davam edəcək. Bizim üçün ən önəmli məsələ vətəndaşlarla dialoq platformalarıdır. Elektron idarəçilik, rəqəmsallıq heç bir halda vətəndaşlarla birbaşa ünsiyyəti ortadan qaldırmamalıdır. Doğrudur, bu böyük bir inqilabdır. Artıq istənilən bir informasiyanı tvit şəklində çox sayda və uzaq məsafədə yerləşən insanlara çatdırmaq mümkündür. Amma buna rəğmən bizim üçün əyani görüşlər olduqca əhəmiyyətlidir. Xüsusilə sovet dövründə yaşamış adamların "bizim ayağımıza gəldilər, saydılar" deyə rəyləri var. Bu rəy qətiyyən diqqətdən kənar qalmamalıdır. Bundan sonrada görüşlərimiz davam edəcəkdir".