ABŞ jurnalı Türkiyə və İsrail ordularını müqayisə etdi! 6 sahədə böyük fərq

ABŞ mətbuatı Türkiyə Silahlı Qüvvələrini İsrail ordusu ilə müqayisə edib. Türkiyə 6 fərqli sahədə İsraili geridə qoyub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  dünya ölkələrini hərbi baxımdan müqayisə edən ABŞ mərkəzli “Globalfire” Türkiyəni Yaxın Şərqin ən güclü orduları siyahısında birinci yerə qoyub. Globalfire indi Türkiyə və İsrail ordularını müqayisə edib.

Türkiyənin müharibə vəziyyətində istifadə edə biləcəyi 98 hava limanı, 1237 ticarət limanı və 10 dəniz terminalı var. Türkiyənin quru gücü üçün cəmi 67 min kilometr yol xətti var.
42 hava limanı olan İsrai isə 45 ticarət limanı, 5 terminalı və 20 min kilometrlik yol xəttinə sahibdir.

Dünya sıralamasında İsraili 28 pillə qabaqlayan Türkiyə Hərbi Dəniz Qüvvələrinin ümumilikdə 186 gəmisi var. Türkiyə ordusunun arsenalında həmçinin 12 sualtı qayıq, 16 freqat, 9 korvet modeli döyüş gəmisi, 34 patrul gəmisi və 11 mina gəmisi qərarlaşıb. 
İsrail ordusunun ümumilikdə 67 gəmisi var. Onun inventarında 5 sualtı qayıq, 7 korvet, 45 patrul gəmisi var. İsrailin inventarında minaatan yoxdur.
Türkiyə ordusunun inventarında 2231 tank, 55 min zirehli texnika və minlərlə artilleriya və raket atmağa hazır platformalar var. Türkiyə ordusu quru gücünə görə dünyada 10-cu yerdədir. Dünyada 18-ci yerdə olan İsrail ordusunun isə 1370 tankı, 43 min zirehli texnikası və yüzlərlə raketi vura biləcək platforması mövcuddur.
Globalfire-a görə, Türkiyənin inventarında cəmi 1069 hava elementi var. Türkiyə ordusunun bu inventarda 205 döyüş təyyarəsi, 83 nəqliyyat təyyarəsi, 502 helikopter və 111 döyüş helikopteri qərarlaşıb. Ankara bu sahədə də dünyada 9-cu yerdədir. 
Hava qüvvələri sahəsində dünyada 19-cu yerdə olan İsrail ümumilikdə 612 təyyarə və helikopterə sahibdir. 
241 döyüş təyyarəsi olan İsrailin ümumilikdə 146 helikopteri var və bu helikopterlərdən yalnız 48-i döyüş meydanında istifadə olunur.

Türkiyə 2024-cü ildə orduya 40 milyard dollar ayırıb. İsraildə bu, 24 milyard 400 milyondur.

Təxminən 84 milyon əhalisi olan Türkiyənin müharibə vəziyyətində səfərbər edə biləcəyi 42 milyon insan var. Hər il hərbi xidmət yaşına çatan 1,4 milyon gəncin olduğu Türkiyə, 355 min aktiv əsgər, 378 min 700 ehtiyatda olan əsgərə sahibdir.
3 milyon əhalisi olan İsrailin isə 170 min əsgəri, 465 min ehtiyat əsgəri var. Müharibə vəziyyətində İsrailin maksimum əsgər tutumu 3 milyondur.