Şimali Kipr lideri İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.
Ersin Tatar, həmçinin Türk dünyasının bir olmasının vacibliyini də vurğulayıb.