Bayram Beqay: Albaniya Ukraynaya dəstəyə sadiqdir

İnanırıq ki, gələcək sülh şəraitində yaşayan, çiçəklənən Avropadan keçir.
Bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində Albaniya Prezidenti Bayram Beqay bildirib.

Bayram Beqay deyib ki, Albaniya Ukraynaya dəstəyə sadiqdir: “Dünyada parçalanma nəinki dövlətlər arasında, dövlətlər daxilində də olur. Artıq vaxt yetişib, dialoq və əməkdaşlıq ruhunda irəliləməliyik. Biz körpülər salmalıyıq ki, dayanıqlı inkişaf davam etsin. Bizim getdiyimiz bu ümumi yolda bu gün atdığımız addımlarla fərəhlənirik”.