Zelka Çviyanoviç: Problemlərin kökündə beynəlxalq institutların düzgün idarə edilməməsi dayanır

Problemlərin kökündə beynəlxalq institutların düzgün idarə edilməməsi dayanır.
Bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zelka Çviyanoviç bildirib.

Zelka Çviyanoviç deyib ki, Bakı Qlobal Forumunda mövqelər fərqli ola bilər: “Ancaq müzakirələr mövqeləri yaxınlaşdıra, qarşılıqlı hörməti təmin edə bilər. Bir daha Bakı Qlobal Forumunda iştiraka şərait yaradıldığına görə təşəkkür edirəm”.