Xüsusi nümayəndə: Çin stabilləşdirici gücdür

Ötən il Qlobal Bakı Forumunda planetin qarşısındakı çağırışlar müzakirə edilirdi, ancaq bu gün artıq parçalanmış dünyanın bərpası müzakirə olunur. Bu isə vəziyyətin daha da pisləşdiyinə işarədir.
Bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

“İnsanlar ümidlərini itirir. Bu toqquşmalarda qazanan tərəflər olmayacaq. "Mən qazanıram, sən itirirsən" yanaşması yanlışdır. Başqalarının inkişafının qarşısını almaq onların irəliləyişini bloklamaq sizi güclü etməyəcək. Qruplaşaraq konfrantasiyaya girmək, ölkələrin qruplarda birləşməsi - bütün bunlar parçalanmış dünyaya gətirib çıxarır. Əməkdaşlıq və bütün tərəflərin qalib olması bizim gələcəyimiz olmalıdır. Çoxtərəfli dünya və iqtisadi qloballaşma bu ideyanı təmin edəcək”, - Çin rəsmisi bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, çoxtərəfli dünya beynəlxalq nizama uyğun olmalıdır, hər kəs bərabər olmalıdır: “Ancaq reallıqda biz bunun əksini görürük. Dünya "cəngəllik qanunları”ndan imtina etməlidir, biz heyvan deyilik, insanıq. Beynəlxalq masada bəzi ölkələrin yerinin olmasından, digərlərinin isə kənarda qalması yanaşmasından imtina etməliyik”.

O həmçinin qloballaşma ilə bağlı da danışıb və deyib ki, burada da bərabər imkanlara giriş təmin olunmalıdır.

Vu Hunqbo diqqətə çatdırıb ki, Çin stabilləşdirici gücdür: “Ölkəmiz ümumi rifah, təhlükəsizlik, çiçəklənmə üçün çalışır və digər ölkələrlə əməkdaşlıq edir”.