Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının Bakıda keçirilməsi ilə bağlı saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.