İYİ partiyada 31 Mart ZƏLZƏLƏSİ! Vəzifəsini tərk etdi, Akşeneri istefaya çağırdı

Türkiyədə bələdiyyə  seçkilərinin nəticələri açıqlanmaqda davam edir. Bu arada Bilge Yılmaz İYİ Partiyasının İqtisadi Siyasətlər sədri vəzifəsindən istefa verdiyini açıqlayıb və Meral Akşeneri istefaya çağırıb.

Sherg.az xəbər verir ki, Yılmazın sosial media hesabından verdiyi açıqlamada deyilir:

"İYİ Partiyasının sədri xanım Meral Akşeneri istefaya dəvət edirəm. Qarşıdan gələn ümumi seçkilərdə ölkəmizi AK Partiya hökumətinin pis və səriştəsiz idarəçiliyindən xilas etmək üçün bu gündən işə başlamalıyıq. Bu nəticələr göstərdi ki, bizim çox işimiz var, itirəcək vaxtımız yoxdur. Bu istiqamətdə görəcəyim işlərə diqqət yetirmək üçün İYİ Partiya İqtisadi Siyasət sədri vəzifəsindən istefa verirəm”.