Fatih Ərbakan: Biz seçkinin şəksiz qalibiyik

Türkiyədə seçkinin diqqət çəkən tərəfi Yenidən Rifah Partiyası oldu. Sherg.az türk mediasına istinadən xəbər verir ki, YRP 6 faiz səslə balansı dəyişib.

AK Partiya və CHP-dən sonra ən çox səs toplayan üçüncü partiyadır. Şanlıurfa və Yozgat bələdiyyə sədrləri də AK Partiyadan Yenidən Rifah Partiyasına keçib.

Partiyanın sədri Fatih Ərbakan, "Biz seçkinin şəksiz qalibiyik. Bu nəticələr millətimizin yenidən milli baxışı və rifahı seçdiyini açıq şəkildə göstərdi" deyə qiymətləndirmə edib.

Yenidən Rifah Partiyası 1 böyük şəhər daxil olmaqla 2 vilayət, 69 rayon və qəsəbədə qələbə qazanıb. YRP Şanlıurfada Mehmet Kasım Gülpınarla seçki yarışında qalib gəlib. Kazım Arslan Yozqatda başçılıq edib.

Elə əyalətlər var ki, Yenidən Rifah Partiyası qalib gəlməsə də seçkinin nəticələrinə birbaşa təsir edib. Kahramanmaraşda yüzdə 33,5, Düzcedə yüzdə 29,7, Konya və Karabükdə yüzdə 23, Bingöl və Elazığda yüzdə 21, Kayseridə yüzdə 19,8, Rize və Qaziantepdə yüzdə 17 faiz səs toplayıb.