Əliyevin bu dəstəyi Türkiyədə gündəm oldu

Prezident İlham Əliyevin Türkiyə millisinə dəstək mesajı və Merih Dəmiralın Bozqurd işarəsi göstərməsinə görə verilən qərarı qınaması qardaş ölkənin mediasında gündəmə çevrilib.

 Oxu.az xəbər verir ki, Türkiyənin bir sıra xəbər saytları, həmçinin digər media qurumları Azərbaycan liderinin mesajını paylaşıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avro-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.

"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq səkkiz ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində iki qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Dəmiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!

Yaşasın türk dünyası!" - Azərbaycan Prezidenti yazıb.