Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
“Sherg.az” xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.